Özünü kommunal xidmət əməkdaşı kimi təqdim edərək oğurluq etdibackend

Özünü kommunal xidmət əməkdaşı kimi təqdim edərək oğurluq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nizami rayonunda mənzillərdən birinə gələn və özünü kommunal xidmət əməkdaşı kimi təqdim edən şəxs evdən oğurluq edib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) müraciət edən zərərçəkən bir nəfərin evə gələrək mənzilin istilik sistemlərini yoxlamaq adı ilə içəri daxil olduğunu və onun başının qarışmasından istifadə edərək dolabdan 3 600 dollar və 1500 manatlıq qızıl-zinət əşyaları oğurladığını bildirib.

24-cü PŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan Vüsal Qənbərov saxlanılıb.

O, ifadəsində etdiyi cinayəti etiraf edib. Saxlanılan şəxs barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

“Vüsal Qənbərovun başqa bu kimi cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə “102” Zəng Mərkəzinə müraciət edə bilərlər”, – mətbuat xidmətindən bildirilib.

 

İnterpress.az