Ruslar axşam saatlarında paltaryuyan və ya tozsorandan gələn səsə görə cərimələnəcəklər.
İnterpress.az xəbər verir ki, hazırda Rusiya Dövlət Duması səssizliyə dair federal qanunu müzakirə edir. Bu qanunla bütün ölkə ərazisində 23:00-dan 07:00-a qədər və gün ərzində saat 13:00-dan 15:00-dək səs-küyə icazə verilmir.
“Bu qanun bütün Rusiyada saat 23:00-dan 07:00-a qədər və gündüz saat 13:00-dan 15:00-a qədər səs-küyü qadağan edən vahid qaydalar tətbiq etməlidir.
Əgər səs-küy icazə verilən həddi aşarsa, bu, pozuntu hesab edilə bilər və cərimə tətbiq olunacaq”, – hüquqşünaslar xəbərdarlıq edib.
Yüksək səslər qadağan ediləcək – musiqi, it hürməsi, əyləncələr, mübahisələr, həmçinin tozsoran və ya paltaryuyan maşın kimi məişət cihazlarından səs-küy.
Qanun pozuntuları adi insanlar üçün 1000 rubla (təxm. 21 man.) qədər, təşkilatların işçiləri üçün isə 2000-ə (təxm. 42 man.) qədər cərimə ilə nəticələnəcək.
Xuraman Etibarlı
İnterpress.az