Panama Trampdan BMT-yə ŞİKAYƏT ETDİbackend

Panama Trampdan BMT-yə ŞİKAYƏT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Panama Trampın təhdidləri ilə bağlı BMT-yə şikayət edib.

İnterpress.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri ölkə nümayəndəsinin BMT-nin baş katibi Antonio Quterreşə yazdığı məktuba istinadən məlumat yayıb.

“Panamanın hakimiyyət orqanları Panama kanalının idarə edilməsində öz öhdəliklərini yerinə yetirə bilmir, ona görə də ABŞ bu kanalı nəzarətə götürməlidir”, – Tramp andiçmə günü deyib.

Daha sonra o əlavə  edib: “Ən əsası odur ki, Çin kanala nəzarət edir. Kanalı Çinə yox, Panama verdik, geri də alarıq”.

Panama prezidenti Xose Raul Mulino da öz növbəsində Panama kanalının suverenliyinin və mülkiyyətinin Panamada qalacağına əminliyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az