“Pandemiya hələ 50 il davam edəcək“ – Xeyrəddin Qocabackend

“Pandemiya hələ 50 il davam edəcək“ – Xeyrəddin Qoca

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya həyatımızda xeyli dəyişikliklərə səbəb olub. Əgər koronavirusdan əvvəl toy məclisləri, sünnət mərasimləri, doğum günü şənlikləri kütləvi şəkildə qeyd edilirdisə, son vaxtlar bu tendensiya nəzərəçarpacaq dərəcədə zəifləyib. 

Tətbiq olunan məhdudiyyət səbəbindən toy şənliklərində iştirak edənlərin sayı minimuma enib. Artıq bu kimi məclislərə çox rast gəlinmir. Əslində, bu çoxlarının ürəyincədir. Bəzən 1 gündə 2-3 toya gedən insanlar bir qədər rahatlıq tapıb.

Maraqlıdır, bu tendensiya nə qədər davam edəcək?

Pandemiyadan sonra da çoxumuzu məmnun edən qaydalara riayət olunacaqmı?

Yazıçı-publisist Xeyrəddin Qoca Yenisabah.az-a açıqlamasında deyib ki, elə olurdu ki, 8 dəvətnamə verilirdi, ona 3 ayın maaşı da çatmazdı:

“Mən bu suala cavab verə bilmərəm. Çünki falçı deyiləm. Davam edib, etməyəcəyini deyə bilmərəm. Onu deyə bilərəm ki, toylar olanda həmişə insanlar sevinərdilər. Mənə də bir ayda 8 dəvətnamə verirdilər. Heç 3-4 ayın maaşı ona çatmazdı. Bunlar məlumdur. Nə bilmək olar ki, pandemiyadan sonra bu davam edəcək, yoxsa yox”.

X.Qocanın sözlərinə görə, pandemiya hələ 50 il davam edəcək:

“Bunun sonrası olmayacaq. Pandemiya hələ 50 il gedəcək. İndiki həkimlər bizi aldadırlar ki, pandemiya payızda, yazda bitəcək. Hamısı yalandır. Yalan deyirlər, uydururlar. Onlar pandemiya haqqında heç nə bilmirlər.. Bu müxtəlif adlar altında davam edir.

Quş, donuz qripi oldu. İndi də Hindistan, Britaniya ştammı kimi adlarla 50 il gedəcək. 2 doza vaksin vurdurmuşuqŞ hələ 3-cünü də vurdurmalıyıq. Vaksinlərin vurulması da davam edəcək. Sonra deyəcəklər ki, 4, 5, 6-cı vurulmalıdır. Bu qurtaran məsələ deyil. Bu dünyanı idarə edən insanların qəsdidir”.

Xeyrəddin Qoca qeyd edib ki, pandemiya çoxları üçün bu pul qazanmaq vasitəsidir:

“Mənə elə gəlir ki, bütün dünya xalqları ayağa qalxacaq. Amma hələlik qalxmayıb. Böyük bir cinayətə qol qoyublar, pul qazanırlar. Onlar üçün pul qazanma pandemiyasıdır. Bütün həqiqətləri xalqa demək lazımdır. Bunlar hamısı böyük bir fırıldaqdır. Qurtaran məsələ deyil.

Vaksin ən tez 7, uzun isə 25 il müddətinə yaradıla bilər. Bizdə amma qısa bir zamanda vaksin yaradılıb. Bu necə olur? Onlar həm maskadan, həm də vaksindən pul qazanırlar. Bizdə də həkimlər iynə vurub, pul qazanırlar. Bunlar qəbul olunmaz məsələlərdir”.