Paşinyan: “Araratsement” zavodu çox yaxında dövlətin mülkiyyətinə keçəcəkbackend

Paşinyan: “Araratsement” zavodu çox yaxında dövlətin mülkiyyətinə keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tsarukyanın Ararat Sement Zavodu tezliklə dövlət mülkiyyətinə çevriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət lideri Qagik Tsarukyana məxsus “Araratsement” zavodunun çox yaxın zamanda dövlətin mülkiyyətinə keçəcəyini bəyan edib.

O, sahibkarın cinayət məsuliyyətinə cəlb edilməsi fonunda müəssisənin fəaliyyətinin dayanmasına etiraz edən zavod işçilərini açıq şəkildə hədələyib.

Baş nazir jurnalistin dəqiqləşdirici sualına cavab olaraq “bəli, mahiyyət etibarilə mən onları hədələyirəm”, – deyə bildirib.

Paşinyan etirazçılara daha əvvəl kütləvi işdən çıxarılmaların və bəzi əməkdaşlara qarşı cinayət işlərinin açıldığı Zəngəzur Mis-Molibden Kombinatı ilə bağlı baş verənləri xatırladıb.

Aksiyaların sifarişli xarakter daşıdığına eyham vuran hökumət başçısı işçiləri siyasi oyunların bir hissəsi olmamağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.az