Din xadimlərinin həbsinin bəyanatlarla əlaqəsi yoxdur.
İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşiyan Areqatsotn vilayətində din xadimlərinin həbsinin Qafqaz müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadənin “Eçmiədzin revanşizmi” barədə açıqlamaları ilə bağlı olmadığını bildirib.
Paşinyan qeyd edib ki, həbs xəbərlərini mediadan öyrənib və bu hadisələrin Paşazadənin bəyanatı ilə təsadüfən üst-üstə düşdüyünü vurğulayıb.
O, dünyada eyni zamanda müxtəlif ölkələrdə çoxsaylı hadisələrin baş verdiyini xatırladıb.
“Bugünkü brifinqim eyni vaxtda Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, ABŞ, Yaxın Şərq, İsrail, Qəzza zolağı, Fələstin, eləcə də Əlcəzair, Namibiya, Angola, Avstraliya, hətta Antarktida və Şimal Qütbündə, Böyük Britaniya və Yeni Zellandiya, Sinqapur və Yaponiya, Norveç və İsveçdə baş verən onlarla hadisə ilə üst-üstə düşə bilər. Hadisələr çoxdur”, – Paşinyan vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






