“Paşinyan hökumətində ciddi dəyikliklər olacaq“ – Erməni nəşribackend

“Paşinyan hökumətində ciddi dəyikliklər olacaq“ – Erməni nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Suren Papikyanın müdafiə naziri təyin olunmasından sonra yaxın vaxtlarda təkcə Müdafiə Nazirliyində deyil, bütün hökumətdə ciddi kadr dəyişikliklərinin gözlənilir”. bu barədə “Past” qəzeti yazıb.

 

Erməni nəşri mövzuun davamında qeyd edib:

“Bu ərəfədə Romanos Petrosyan ətraf mühit naziri vəzifəsindən azad edilərək Dövlət Nəzarəti Xidmətinin rəhbəri təyin edilib. Baş nazirin baş müşaviri Akop Simidyan ətraf mühit naziri təyin edilib.

Bütün bu təyinatlar əslində, bir məntiqə uyğundur. Dəfələrlə qeyd etmişik ki, Nikol Paşinyan öz komandasının nadir üzvlərinə tam etibar edir və bütün mümkün sahələrdə vəzifələrə ona tam, qeyd-şərtsiz sadiq olan adamları təyin etmək vəzifəsi var.

Paşinyan ən sadiq “silah yoldaşları” hesabına bu cür yenidənqurmalarla qarşıdan gələn mümkün təhlükələr qarşısında bütün “platformalar”da mövqelərini gücləndirməyə çalışır.

Mənbələrimizin bildirdiyinə görə, məhz buna görə Papikyan müdafiə naziri, Romanos Petrosyan DNX-nın rəhbəri, Akop Simidyan isə ətraf mühit naziri təyin edilib”, – qəzet yazır.