Paşinyan tezliklə Rusiya ilə münasibətlər məsələsində fikrini dəyişəcək, hətta Putinə zəng edəcək.
İnterpress.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. O bildirib ki, Ermənistanın baş naziri Paşinyan tezliklə Rusiya Federasiyası ilə münasibətlər məsələsində fikrini dəyişəcək və hətta prezident Putinə zəng edəcək.
O, İrəvanın Moskvaya qarşı siyasətini səhv adlandırıb, çünki “Rusiya kimi oyunçuya məhəl qoymamaq qəbuledilməzdir”,
Və hazırkı Ermənistan hakimiyyətinin “xarici siyasət vektorunu zəifləyən tərəfə (Aİ nəzərdə tutulur) dəyişmək və güclü olan tərəfi buraxmaq” siyasətini uzaqgörənlikdən kənar adlandırıb.
Xuraman Etibarlı
İnterpress.az