Üç kişi Daşkəndin mərkəzində at yarışı təşkil edib.
İnterpress.az xəbər verir ki, bu barədə Daşkənd Şəhər Baş Daxili İşlər İdarəsi məlumat yayıb.
Özbəkistanın paytaxtı Daşkəndin mərkəzi küçələrində üç nəfər atlarla sürət yarışı təşkil edib.
Şəhər sakinləri və digər sürücülər tərəfindən narahatlıqla qarşılanan bu hadisədən sonra polis əməkdaşları dərhal araşdırmalara başlayıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin kimliyi müəyyən edilərək idarəyə çağırılıblar.
Atlılar ictimai asayişi və yol hərəkəti qaydalarını pozduqları üçün məsuliyyətə cəlb olunublar.
Hadisəni törədən şəxslər əməllərindən peşman olduqlarını bildirib və gələcəkdə bir daha belə qayda pozuntusuna yol verməyəcəklərinə dair polisə söz veriblər.
Xuraman Etibarlı
İnterpress.az






