Peruda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 47 nəfərə çatıbbackend

Peruda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 47 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda ölənlərin sayı 47-yə çatıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ölkənin cənubunda etirazların mərkəzinə çevrilən Puno şəhərində 3 günlük gecə komendant saatı elan edilib.

Polislə etirazçılar arasında şiddətli toqquşmaların olduğu və 73 nəfərin yaralandığı paylaşılıb.