Polis Şirvanda reyd keçiribbackend

Polis Şirvanda reyd keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, yol polisinin keçirdiyi tədbirlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb, sürücülərə parklanma qaydaları barədə geniş məlumatlar verilib.

Həmçinin polis əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə, eləcə də piyada keçidlərindən istifadə etməyən vətəndaşlarla da maarifləndirici söhbətlər apararaq, mütləq qaydada qanunlara riayət etmələrini çatdırıblar.

Tədbirlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozan sürücülər barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

 

İnterpress.az