ABŞ-da yerləşən Politico nəşri Co Bayden administrasiyasının İsrail və HƏMAS arasındakı qarşıdurmalara humanitar fasilə verəcək razılaşmadan sonra jurnalistlərin bölgəyə girişinin Qəzzadakı vəhşiliyi daha da ortaya qoyacağından narahat olduğunu yazıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qeyd edilib ki, ABŞ administrasiyası humanitar fasilə təmin edəcək kompromisdən narahatdır.
Xəbərdə Bayden administrasiyasının öz partiyası daxilindən gələn “atəşkəs” çağırışlarına məhəl qoymadığı və əsirlərin azad edilməsini ön planda tutduğu, ABŞ rəhbərliyinin isə məhbus mübadiləsi tam reallaşana qədər məsələyə ehtiyatla yanaşdığı bildirilib. Xəbərdə Bayden administrasiyasının HƏMAS-ın məğlub olacağı təqdirdə İsrail Baş naziri Benyamin Netanyahu administrasiyasının bu yerlə bağlı planından da narahat olduğu qeyd edilib.
“Bayden administrasiyası daxilində Qəzzada pauzanın arzuolunmaz nəticələri ilə bağlı narahatlıq var. Bu o deməkdir ki, fasilə jurnalistlərin Qəzzaya girişini genişləndirəcək, oradakı dağıntıları daha aydın şəkildə ortaya qoyacaq və İsrail haqqında ictimai rəyi dəyişəcək”, – vurğulanıb