Polşanın Wieruszov şəhərində öz bacısını qətlə yetirən Marneuli sakininin axtarışları davam edir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, hadisə noyabrın 21-də, saat 04:00-da kirayədə qaldıqları evdə baş verib. Polşa hüquq-mühafizə orqanlarının məlumatına görə, evi Gürcüstan vətəndaşları kirayələyiblər. Qadının cəsədini mənzildə yaşayan və səhər tezdən evə qayıdan Gürcüstan vətəndaşları aşkar ediblər. Şahidlərin polisə verdikləri ifadəyə görə, “otağa daxil olanda yerdə uzanmış qadını görüblər. Əlində bıçaqla onun başının yanında maskalı kişi dayanıb”. Bildirilir ki, cinayəti törədən şəxs şahidlərdən susmağı tələb edib. Qeyd olunur ki, polisdə təqsirləndirilən şəxs barədə artıq məlumat var və yerli prokurorluğun nəzarəti altında əməliyyat tədbirləri davam etdirilir.