Polşanın İrandakı səfiri XİN-ə ÇAĞIRILDIbackend

Polşanın İrandakı səfiri XİN-ə ÇAĞIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Təsnim” məlumat yayıb.

Polşa XİN-in İran dronlarının Rusiya-Ukrayna münaqişəsində istifadəsi barədə “yalan iddiaları”na cavab olaraq, Polşanın Tehrandakı səfiri Vilçek İran XİN-ə çağırılıb.

İran tərəfi Polşa nazisinin ittihamlarını əsassız sayaraq rəsmi etirazını təqdim edib.

Vilçek bildirib ki, Polşa İranla dost münasibətləri qorumağa və inkişaf etdirməyə maraqlıdır və etirazı tezliklə Polşanın XİN-nə çatdıracaq.

Xuraman Etibarlı

İnterpress.az