Portuqaliya İspaniyaya məğlubiyyətdən qurtulub, Norveç səfərdə Serbiyanı udubbackend

Portuqaliya İspaniyaya məğlubiyyətdən qurtulub, Norveç səfərdə Serbiyanı udub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Millətlər Liqasının ilk turunda daha 10 oyun keçirilib.

“Report”un məlumatına görə, A Liqasında 2, B Liqasında 3, C Liqasında 4, D Liqasında isə 1 matç gerçəkləşib.

Günün mərkəzi oyunu İspaniya və Portuqaliya komandaları arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 25-ci dəqiqədə Alvaro Moratonun vurduğu qola qonaqlar 82-ci dəqiqədə Rikardu Ortanın dəqiq zərbəsi ilə cavab veriblər.

A Liqasının 2-ci qrupunun digər matçında Çexiya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

B Liqasında Norveç səfərdə Serbiyanı 1:0, İsveç Sloveniyanı 2:0 hesabı ilə yendiyi halda, İsrail evdə İslandiyaya məğlubiyyətdən yaxa qurtarmağı bacarıb – 2:2.

C Liqasında yalnız Gürcüstan evdə Cəbəllütariq üzərində qələbə qazanmağı bacarıb – 4:0. Əvəzində Kipr Kosovoya 0:2, Şimali İrlandiya Yunanıstana 0:1 hesabı ilə uduzub, Bolqarıstan isə Şimali Makedoniya ilə heç-heçə edib – 1:1.

Nəhayət, D Liqasında Estoniya öz meydanında San-Marinonu üstələyib.

UEFA Millətlər Liqası

I tur

A Liqası

2-ci qrup

22:45. İspaniya – Portuqaliya – 1:1

Qollar: Alvaro Morata, 25 – Rikardu Orta, 82

22:45. Çexiya – İsveçrə – 2:1

Qollar: Yan Kuxta, 11. Cibril Sou, 58 (öz qapısına) – Noa Okafor, 44

B Liqası

2-ci qrup

22:45. İsrail – İslandiya – 2:2

Qollar: Liel Abada, 25. Şon Vayssman, 84 – Torir Yohann Helqason, 42. Arnor Siqurdsson, 53

4-cü qrup

22:45. Sloveniya – İsveç – 0:2

Qollar: Emil Forsberq, 39 (pen.). Deyan Kulusevski, 88

22:45. Serbiya – Norveç – 0:1

Qol: Erlinq Holann, 26

C Liqası

2-ci qrup

20:00. Kipr – Kosovo – 0:2

Qollar: Valon Berişa, 65. Edon Joqrova, 78

22:45. Şimali İrlandiya – Yunanıstan – 0:1

Qol: Tasos Bakasetas, 39

4-cü qrup

20:00. Bolqarıstan – Şimali Makedoniya – 1:1

Qollar: Kiril Despodov, 34 – Milan Ristovski, 50

20:00. Gürcüstan – Cəbəllütariq – 4:0

Qollar: Xviça Kvaratsxeliya, 12. Quram Kaşiya, 33. George Mikautadze, 87. Valeri Qazaişvili, 88

D Liqası

2-ci qrup

20:00. Estoniya – San Marino – 2:0

Qollar: Robert Kirss, 23. Conas Tamm, 32

2 iyun 21:53

UEFA Millətlər Liqasında I turun daha 4 oyunu keçirilib.

“Report”un məlumatına görə, C Liqasında 3, D Liqasında 1 qarşılaşma oynanılıb.

C Liqasının 2-ci qrupunda Kosovo səfərdə Kipri məğlub edib – 2:0.

4-cü qrupda Gürcüstan Cəbəllütariqi 4 cavabsız qolla üstələyib. Bu qrupunda digər matçında Bolqarıstan Şimali Makedoniya ilə bərabərə qalıb – 1:1.

Nəhayət, D Liqasının 2-ci qrupunda Estoniya San-Marinonu məğlubiyyətə uğradıb – 2:0.

UEFA Millətlər Liqası

I tur

C Liqası

2-ci qrup

20:00. Kipr – Kosovo – 0:2

Qol: Valon Berişa, 65. Edon Joqrova, 78

4-cü qrup

20:00. Bolqarıstan – Şimali Makedoniya – 1:1

Qol: Kiril Despodov, 34 – Milan Ristovski, 50

20:00. Gürcüstan – Cəbəllütariq – 4:0

Qollar: Xviça Kvaratsxeliya, 12. Quram Kaşiya, 33. George Mikautadze, 87. Valeri Qazaişvili, 88

D Liqası

2-ci qrup

20:00. Estoniya – San Marino – 2:0

Qollar: Robert Kirss, 23. Conas Tamm, 32