Prezidentin köməkçisi: “Danışıqlar konkret məzmun, gündəlik və vaxt çərçivəsi olmalıdır”backend

Prezidentin köməkçisi: “Danışıqlar konkret məzmun, gündəlik və vaxt çərçivəsi olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Azərbaycan Respublikasının tələbi odur ki, münaqişənin həlli istiqamətində danışıqlar olacaqsa, konkret məzmun, gündəlik və vaxt çərçivəsi olmalıdır”.

İnterpress.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, işğala əsaslanan status-kvonun dəyişdirilməsindən irəli gələrək, bugünkü vəziyyətdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyləri ondan ibarət olmalıdır ki, yaranan imkanı real fürsətlərə çevirək:

“Azərbaycan mahiyyətli və nəticəyönümlü danışıqları dəstəkləyir. Biz heç bir zaman imitasiya xarakterli danışılqarın tərəfdarı olmamışıq. Bundan sonra da belə cəhdlər olarsa, qəbul etməyəcəyik”.

“Hədəfimiz işğalın aradan qaldırılmasıdır”, – deyə H.Hacıyev qeyd edib.

 

İnterpress.az