Ermənistanda qalmaqallı Nor-Nork başçısı Tiqran Ter-Markaryan istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Ter-Markaryan istefa məktubu yazıb.
Ter-Markaryan mediaya bildirib ki, qərar olarsa, bu barədə şəxsən məlumat verəcək.
Xatırladaq ki, “Respublika” partiyasını (Dövlət Dumasının koalisiya partnyoru) təmsil edən paytaxt məmuru aprelin 30-da öz əməkdaşları ilə birgə fəal Artur Çaxoyanı döyüb.
Münaqişənin yaranmasına və fəalın sonradan döyülməsinə səbəb Çaxoyanın rayon rəhbəri ilə uşaq bağçası tikmək məsələsi ilə bağlı görüşmək niyyəti olub.
Xuraman Etibarlı
İnterpress.az