Mersində kişi 13 yaşlı uşağı güllələyib, sonra intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda Yasin Ataş adlı 59 yaşlı kişi ov tüfəngindən atəş açaraq 13 yaşlı Emir Əli Aktaşı öldürüb, onun əmisi oğlu Mustafa Aktaşı yaralayıb. Daha sonra öz avtomobilini yandıraraq eyni silahla intihar edib.
Hadisə Sarıvəli məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yasin Ataşın psixoloji problemləri olub və daha əvvəl də tüfənglə havaya atəş açdığı bildirilir.
Hadisə yerinə tibbi yardım və jandarma qüvvələri cəlb edilib. Əmir Əli Aktaş və Yasin Ataşın hadisə yerində öldüyü müəyyən edilib, yaralılar Mustafa Aktaş və Əli Bozan təcili yardımla rayon xəstəxanasına aparılıb.
Xuraman Etibarlı
İnterpress.az






