Qanada qayıq batdı: 1 nəfər ölüb, 50 nəfər itkin düşübbackend

Qanada qayıq batdı: 1 nəfər ölüb, 50 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qananın Bono Şərq əyalətində həddindən artıq yüklənmiş qayığın batması nəticəsində 1 nəfər ölüb, 50 nəfər itkin düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, sərnişin və yük daşıyan qayıq Bono Şərq əyalətindəki Qara Volta çayında çaydakı ağac kötüyü ilə toqquşmasından sonra çevrilib.

1 nəfərin cəsədinin tapıldığı, 2 nəfərin xilas edildiyi, daha 50 nəfərin isə itkin düşdüyü bildirilib.

Qəza yerinə getmək mümkün olmayıb, NADMO-nun itkin düşənləri tapmaq üçün yerli əhalidən kömək istədiyi qeyd edilib.