Tatarıstanda 10 yaşlı qız qardaşını bıçaqlayıb, nənəsini yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Səhər tezdən Menzelinskdə fərdi yaşayış evində dəhşətli faciə baş verib. On yaşlı məktəbli qız əsəbi halda 13 yaşlı qardaşına bir neçə bıçaq zərbəsi vurub və o, yerindəcə ölüb.
Sonra o, nənəsinə hücum edib – yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Münaqişə səhər saat dörddə bacısını telefondan istifadə etdiyinə görə qınayan qardaşının adi açıqlaması ilə başlayıb.
Buna cavab olaraq qız bıçaq götürüb. Kömək çağırmağı bacaran 19 yaşlı bacı da yaralanıb.
Azyaşlı təcavüzkar psixiatrik müayinə üçün Kazana göndərilib.
Xuraman Etibarlı
İnterpress.az