Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalarla bağlı 850 min manata yaxın ziyan ödətdirilib.
İnterpress.az xəbər verir ki, bunu Şəkidə “Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” ECOLEAD layihəsi çərçivəsində “İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib.
Onun sözlərinə görə, bu il Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələrinə, KİV-də dərc olunan və müxtəlif dövlət qurumları tərəfindən qanunsuz ağackəsmə ilə bağlı verilmiş məlumata baxılmış, araşdırma dövründə 847.503 manat ziyanın ödənilməsi təmin edilib:
“90 cinayət başlanılmış və aidiyyəti istintaq orqanlarına göndərilib. İdarə tərəfindən başlanmış 120 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və 49 təqdimatın əhəmiyyətli hissəsi ekoloji hüquqpozmalarla əlaqəli olub”.