Qanunsuz uşaq bağçaları açan iki qadın MÜHAKİMƏ OLUNACAQbackend

Qanunsuz uşaq bağçaları açan iki qadın MÜHAKİMƏ OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada qanunsuz uşaq bağçaları təşkil edən iki qadın məhkəmə qarşısına çıxarılacaq

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiyanın Mahaçqala şəhərində iki yerli sakin qanunsuz uşaq bağçaları təşkil etdikləri üçün məhkəmə qarşısına çıxarılacaq.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2025-ci ilin may-oktyabr ayları ərzində xüsusi evlərdə yaşı 6-dək olan uşaqların pullu nəzarəti, qayğısı və sutkalıq saxlanılması xidmətlərini göstəriblər.

Lakin bu qeyri-qanuni müəssisələrdə heç bir tibbi nəzarət olmayıb, dezinfeksiya işləri aparılmayıb, qidalanma və gigiyena rejimi kobud şəkildə pozulub.

Təhlükəsizlik tələblərinə cavab verməyən şəraitdə saxlanılan uşaqlardan biri – biryaşlı körpə 2025-ci ilin oktyabr ayında ağır xəstəliyə yoluxaraq xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb və toplanmış materiallar baxılması üçün Mahaçqalanın Lenin Rayon Məhkəməsinə göndərilib.

Təqsirləndirilən qadınları təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ittihamı ilə ciddi cəza gözləyir.

Xuraman Etibarlı

İnterpress.az