Qaqauziyaya AĞIR ZƏRBƏ: Moldova Konstitusiya Məhkəməsi muxtariyyətin səlahiyyətlərini ƏLİNDƏN ALDIbackend

Qaqauziyaya AĞIR ZƏRBƏ: Moldova Konstitusiya Məhkəməsi muxtariyyətin səlahiyyətlərini ƏLİNDƏN ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanı mühüm səlahiyyətlərindən məhrum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb.

Moldova Konstitusiya Məhkəməsi ölkə tərkibindəki Qaqauziya Muxtar Ərazi Qurumunu mühüm səlahiyyətlərindən məhrum edib.

Məhkəmənin qəbul etdiyi qərara əsasən, muxtar qurumun seçkilərin təşkili və yerli hüquq-mühafizə (güc) strukturları rəhbərlərinin təyin edilməsi sahəsindəki səlahiyyətləri ləğv olunub.

Qərara əsasən, bundan sonra muxtariyyət ərazisində seçki prosesinin tənzimlənməsi və güc strukturlarının rəhbərlərinin təyin olunması birbaşa mərkəzi dövlət orqanlarının nəzarətinə keçir.

Bu addımın Kişinyov ilə Komrat arasındakı mövcud siyasi gərginliyi daha da dərinləşdirə biləcəyi ehtimal olunur.

Xuraman Etibarlı

İnterpress.az