Qaxda 36 yaşlı kişini fındıq yığarkən ilan sancıb.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, rayonun Əmbərçay kənd sakini, 1987-ci il təvəllüdlü Nəbi Abdullayev fındıq bağında fındıq yığarkən ilan onun sol ayağından sancıb.
36 yaşlı N. Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona ilan zəhəri əleyhinə zərdab vurulub.