Qaxda karantin qaydalarını pozan oyun zalı aşkar edildibackend

Qaxda karantin qaydalarını pozan oyun zalı aşkar edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Qax rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən kompüter oyunları zalı aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Marsan kəndi ərazisində Sakit Osmanova məxsus obyektə baxış keçirilən zaman obyekt sahibi və müştərilərin xüsusi karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər polis şöbəsinə dəvət olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

 

İnterpress.az