Qayada şəkil çəkdirən çinli qız yıxılaraq həyatını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Bildirilir ki, Çində qeyri-adi pozada möhtəşəm şəkil çəkdirmək istəyən qız qayadan yıxılaraq ölüb.
Yerli sakin oval daşın üzərində müvazinətini saxlaya bilməyib və yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Xuraman Etibarlı
İnterpress.az