Qazaxda Qubadlının işğaldan azad olunmasının birinci ildönümü qeyd olunubbackend

Qazaxda Qubadlının işğaldan azad olunmasının birinci ildönümü qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi xalqımızın 30 illik yurd həsrətinə son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu gün Azərbaycan xalqı torpaqlarımızın, şəhər və rayonlarımızın, yaşayış məntəqələrimizin işğaldan azad olunduğu günü fəxr və qürurla qeyd edir.

Oktyabrın 25-i ölkəmizin dilbər guşələrindən biri olan Qubadlının düşmən tapdağından azad edildiyi gündür. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Qubadlının işğaldan azad olunmasının birinci ildönümü qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Qubadlının işğaldan azad olunmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Mərkəzdə təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları, Azərbaycan Respublikası “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, təhsil, mədəniyyət işçiləri, ziyalılar, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuş Vətən müharibəsi iştirakçıları, qaziləri, şəhid ailələri iştirak ediblər.

Tədbir Mərkəz tərəfindən Qubadlının işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı hazırlanmış videoçarxın nümayişi ilə başlayıb.

 

Sonra Qarabağımızı, eləcə də bu gün işağldan azad olunmasının ildönümünü qeyd etdiyimiz Qubadlını bizlərə qaytaran, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, rayon rəhbərliyinin səmimi ürək sözlərini və təbriklərini çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, xalqımızı Qubadlının işağldan azad olunmasının birinci ildönümü münasibətilə təbrik edib. G.Həsənova 44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan böyük Qələbəyə, şanlı Zəfərə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli “Rəşadət” ordeni,”Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət xadimi, şair Barat Vüsal, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, 2-ci qrup Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov,Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisiVüqar Nəbiyev çıxış edərək Qubadlının işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı ürək sözlərini çatdırıblar.