Qazaxıstan Prezidentinin müşaviri: “Su ehtiyatlarımızın 60 %-i tükənmək üzrədir”backend

Qazaxıstan Prezidentinin müşaviri: “Su ehtiyatlarımızın 60 %-i tükənmək üzrədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın su ehtiyatlarının 60 %-i tükənmək üzrədir.

İnterpress.az xəbər verir ki, bunu Qazaxıstan prezidentinin müşaviri, prezidentin beynəlxalq ekoloji əməkdaşlıq üzrə nümayəndəsi Zülfiyyə Süleymanova bu gün Bakıda keçirilən “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.

“Hesablamalara görə artıq bu il kənd təsərrüfatında məhsuldarlıq 7 % aşağı düşüb. Bu qəbuledilməzdir. Su resursları məsələsi Qazaxıstanın milli strategiyasında öz əksini tapıb. Bu istiqamətdə dövlət proqramları işləyir. Bununla yanaşı su ehtiyatlarının qorunması üçün biz əlavə tədbirlərin görülməsi üçün çalışırıq. Onların düzgün şəkildə paylanması, daha çox su işlədən sənaye sahələrində dəyişikliklərin edilməsi yönündə iş aparırıq”,- deyə Z.Süleymanova qeyd edib.