Qazaxıstan Rusiya qiymətli kağızlarının ölkədən çıxarılmasını TƏLƏB ETDİbackend

Qazaxıstan Rusiya qiymətli kağızlarının ölkədən çıxarılmasını TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Rusiya qiymətli kağızlarının ölkədən çıxarılmasını tələb edib.

interpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Qiymətli Kağızlar Depozitari təşkilatından bildiriblər.

Qazaxıstandakı Mərkəzi Qiymətli Kağızlar Depozitəri müştəriləri ölkədən Rusiya qiymətli kağızlarını çıxarmağa çağırıb.

Onlar izah ediblər ki, bu tələb ABŞ-nin Rusiya Milli Hesablaşma Depozitərinə (NSD) qarşı sanksiyaları bloklaması ilə bağlıdır.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) Moskva Birjası və onun strukturları, o cümlədən NSD ilə əməliyyatları başa çatdırmaq üçün baş lisenziyası avqustun 13-dək etibarlıdır.

Bununla belə, Rusiya qiymətli kağızlarının Qazaxıstandan çıxarılması üçün son tarix avqustun 10-dək müəyyən edilib. Bu onunla izah olunur ki, Qazaxıstanın Mərkəzi Depozitəri müştərilərdən təlimatların alınması və işlənməsi üçün vaxt tələb edir.

Xuraman Etibarlı

İnterpress.az