Qazaxıstanda keçirilən antiterror əməliyyatında 12 nəfər saxlanılıbbackend

Qazaxıstanda keçirilən antiterror əməliyyatında 12 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda keçirilən antiterror əməliyyatında 12 nəfər dövlət nizamına zidd fəaliyyətdə olduqları və qeyri-qanuni radikal təşkilata üzv olduqları üçün saxlanılıblar. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qazaxıstan Milli Təhlükəsizlik Təşkilatından verilən açıqlamaya görə, Astana, Atırau və Cezkazqan şəhərlərində dünyəvi dövlət sisteminə qarşı fəaliyyət göstərdiyi müəyyən edilən qrupa qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı 12 nəfər dövlət nizamını pozmağa yönəlmiş təbliğat apardıqları və yeni tərəfdarların tapılması istiqamətində fəal fəaliyyət göstərdikləri üçün saxlanılıb.

Adları və milliyyəti açıqlanmayan şübhəlilərin evlərində aparılan axtarışlar zamanı qanunsuz nəşrlər ələ keçirilib.

Saxlanılanların bəzilərinin polis əməkdaşını öldürmə, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə, oğurluq və zorlama kimi cinayətlərə görə məhkumluqlarının olduğu bildirilib.