Qətərin baş naziri və İordaniyanın xarici işlər naziri ABŞ dövlət katibi ilə ayrı-ayrılıqda telefon danışığı aparıblar.
interpress.az xəbər verir ki, Qətərin baş naziri Casim əl-Tani ABŞ dövlət katibi Blinken ilə Qəzza zolağında müharibəyə son qoymaq üçün birgə səyləri müzakirə edib.
İordaniyanın xarici işlər naziri Safadi, öz növbəsində, “regionda baş verən təhlükəli eskalasiya” və bunun qarşısını almaq üçün atılacaq addımlardan narahatlığını ifadə edib.
Xuraman Etibarlı
İnterpress.az