Qəzəb yaradan İNSİDENT: Quran kitablarının arasına donuz əti QOYDULAR – VİDEObackend

Qəzəb yaradan İNSİDENT: Quran kitablarının arasına donuz əti QOYDULAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin Linney Universitetində ibadət otağında Quranlarda donuz ətindən əlfəcinlər tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli  media məlumat yayıb.

İsveçin Linney Universitetində ictimaiyyətin qəzəbinə səbəb olan insident baş verib.

Müsəlman tələbələr üçün ayrılmış ibadət otağında kimsə Quranlarda donuz əti əlfəcinləri qoyub və seccadələrin üzərinə donuz piyindən “sala” dilimləri qoyub.

Bunu politologiya üzrə təhsil alan İbrahim Abdulkadir namaz qılmağa gələndə aşkarlayıb.

Universitetdə müsəlman ibadət otağının olması Avropada adi hala çevrilsə də, bu hadisə isveçlilərin heç də hamısının cəmiyyətin islamlaşmasını dəstəkləmədiyini göstərir.

Məlumdur ki, müsəlmanlar donuz ətinin istehlakını qadağan edən Quranın buyurduğu qaydalara ciddi şəkildə riayət edirlər. Bu, təkcə ətə deyil, həm də donuz əti və ya onun törəmələri olan istənilən məhsula aiddir.

Xatırladaq ki, daha əvvəl İsveçin Stokholmun cənubunda yerləşən Södertälje şəhərində Quranın yandırılması ilə tədbirlər təşkil edən 38 yaşlı Salvan Momika ölü tapılmışdı.

Xuraman Etibarlı

İnterpress.az