Qəzzada 3250-dən çox insan itkin düşüb və ya dağıntılar altında qalıbbackend

Qəzzada 3250-dən çox insan itkin düşüb və ya dağıntılar altında qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza Səhiyyə Nazirliyi 3 min 250-dən çox adamın itkin düşdüyünü və ya dağıntılar altında qaldığını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, 3 min 250-dən çox adam itkin düşüb və ya dağıntılar altındadır.

Bu sayın 1700 uşağın olduğu açıqlanıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağından və şimal bölgələrindən zənglər aldığını, çoxlu insanın nə təcili yardım maşınlarının, nə də mülki müdafiənin çata bilmədiyi dağıntılar altında qaldığını və onlarla yaralının təcili tibbi yardıma ehtiyacı olduğunu ifadə edib.

İsrail oktyabrın 7-dən bu yana 361 əsgər də daxil olmaqla 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını, onlardan 43-nün Qəzza zolağında toqquşmalarda olduğunu açıqlayıb.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli məhbus var. Qəzzada hökumətin məlumatına görə, ölənlərin sayı 11 min 180-i keçib, onlardan ən azı 4 min 609-u uşaq, 3 min 100-ü qadındır.

İordan çayının qərb sahilində və Qüdsdə İsrail qüvvələri və yəhudi köçkünlər 186 fələstinlini qətlə yetirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və ya əsas binalarına zərbələr endirib, onları evakuasiya etməyə məcbur edib. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 73 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.