İsrailin hücumları və blokadası altında olan Qəzza zolağında elektrik kəsilməsi səbəbiylə daha 3 vaxtından əvvəl doğulmuş körpə həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Elektrik enerjisinin yanacaq tükənməsi səbəbiylə kəsildiyi bildirilib.
Xəbərdə elektrik kəsildikdən sonra oksigen aparatlarının dayandığı vurğulanıb və nəticədə xəstəxanada vaxtından əvvəl doğulan 3 körpənin həyatını itirdiyi qeyd edilib.Xəbərdə Şifa Xəstəxanasında vaxtından əvvəl doğulan körpələrdən 4-nün də ölüm səbəbiylə dünyasını dəyişdiyi xatırladılıb.
Oktyabrın 7-də İsrailə edilən hücumlarda 310-dan çox əsgər olmaqla 1200 israillinin öldüyü, 5132 nəfərin yaralandığı açıqlanıb. İsrail ordusunun məlumatına görə, oktyabrın 7-dən bu yana Qəzzada 69, Livan sərhədində isə 6 İsrail əsgəri həlak olub.
İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli məhbus var.
Qəzza hökumətinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 5 min 840-ı uşaq, 3 min 920-si qadın olmaqla 14 min 128 adam həlak olub.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 225 fələstinli həyatını itirib.
İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və ya əsas binalarına zərbələr endirib, onları evakuasiya etməyə məcbur edib. İşğal zamanı bəzi xəstəxanalara basqın ediblər. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 79 Hizbullah üzvü ölüb.
İsrail və HƏMAS noyabrın 23-də qüvvəyə minəcək münaqişəyə humanitar fasilə verəcək kompromis barədə razılığa gəliblər. Müvafiq olaraq, toqquşmalarda 4 günlük humanitar fasilə olacaq. HƏMAS-ın saxladığı 50 israilli məhbusun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək.