Qırğızıstan hakimiyyəti Tina Kandelakinin bəyanatını TƏNQİD ETDİbackend

Qırğızıstan hakimiyyəti Tina Kandelakinin bəyanatını TƏNQİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan hakimiyyəti media xadimlərini Rusiya ilə münasibətlərdə nifaq salmamağa çağırıb.

interpress.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri Dayırbek Orunbekov bildirib.

Bişkek Sovet generalı Panfilov adına Hərbi Şöhrət Muzeyinin binasının sökülməsi ilə bağlı Qırğızıstan hakimiyyətini rusofobiyada ittiham edən məşhur rusiyalı jurnalist Tina Kandelakinin bəyanatını tənqid edib.

“Qırğızıstan suveren dövlətdir. Hakimiyyət tərəfindən qəbul edilən qərarlar qırğız xalqının maraqlarına əsaslanır. İctimai xadimlərin Qırğızıstanla Rusiya arasında münasibətlərdə nifaq yarada biləcək açıqlamaları qəbuledilməzdir və münasibətlərimizin əsasında duran qarşılıqlı anlaşma və hörmət ruhuna ziddir. Rusiyalı teleaparıcının rusofobiya ilə bağlı ittihamları nəinki əsassızdır, həm də absurddur”.

Onun sözlərinə görə, muzey binasının sökülməsinə dair qərar hərtərəfli təhlillərdən sonra verilib. Binanın sonrakı istismarı insanların təhlükəsizliyinə və həyatına təhlükə yaradıb, binanın bərpası mümkün deyil.

Xuraman Etibarlı

İnterpress.az