Qırğızıstan Ukrayna ilə bağlı sülh konfransında iştirak etməyəcəyini AÇIQLADIbackend

Qırğızıstan Ukrayna ilə bağlı sülh konfransında iştirak etməyəcəyini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Ukrayna ilə bağlı sülh konfransında iştirak etməyəcəyini açıqlayıb.

interpress.az xəbər verir ki, bunu “Deutsche Welle”yə müsahibəsində Qırğızıstan Nazirlər Kabinetinin rəhbərinin müavini Edil Baysalov deyib.

O bildirib ki, Qırğızıstan iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna üzrə beynəlxalq sülh konfransında iştirak etməyəcək.

Onun sözlərinə görə, Qırğızıstan tərəfi “bu sərsəm vəziyyətə son qoymağı” fəal şəkildə müdafiə edir və Rusiya Federasiyasına iqtisadi sanksiyalardan yan keçməyə kömək etməkdə maraqlı deyil.

O əlavə edib ki, Qırğızıstan Rusiya Federasiyası və Ukraynaya eyni münasibət bəsləyir və bunlar “bizə yaxın dövlətlər”dir.

Baysalovun sözlərinə görə, Ukraynaya iştirak etməmək üçün arqumentlər gətirilib və “Ukrayna tərəfi bizim səbəblərimizi başa düşür”.

Xuraman Etibarlı

İnterpress.az