Qırğızıstanda Daxili İşlər Nazirliyinin ləğv etməsinə baxmayaraq “Ölməz alay” aksiyası keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə məlumat teleqram kanallarda yayılıb. Qırğızıstandan olan bir qrup ictimai xadim və alpinist Qələbə Günü ərəfəsində (9 may) “Ölməz alay” kampaniyası çərçivəsində Putin zirvəsinə qalxıb.
Onlar yeni rekord təzələyiblər, bu, indiyədək hərəkətin baş verdiyi ən yüksək nöqtə olub (4.446 m).
Aksiya iştirakçıları mayın 1-də Qırğızıstan Daxili İşlər Nazirliyinin “ictimai təhlükəsizliyə mövcud təhdidlərə” görə “Ölməz alay” yürüşünü ləğv etməsinə baxmayaraq, aksiya keçiriblər.
Koordinatorlar aksiyanı qadağan edən rəsmi sənədlər almadıqlarını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az