Qırğızıstanın paytaxtı Bişkekdə gürcüstanlı kriminal avtoritet həbs edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, 1990-cı il təvəllüdlü kriminal avtoritetin yaşadığı evə baxış zamanı TT markalı odlu silah, döyüş sursatı və narkotik vasitə götürülüb.
Qırğızıstan mətbuatı həbs edilən kriminal avtoritetin qanun oğru, “Karaleyka” ləqəbli Zaza Elikaşvilinin qohumu olduğunu bildirir.
Saxlanılan şəxs barəsində qanunsuz silah və döyüş sursatı saxlama maddəsi ilə istintaq başlanılıb.