Qobustan rayonunda Şəhidlərimizin xatirəsi ehtiramla yad olunub – FOTOLARbackend

Qobustan rayonunda Şəhidlərimizin xatirəsi ehtiramla yad olunub – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 sentyabr “Anım Günü” münasibəti ilə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon ictimaiyyəti, Şəhid ailələri və Qazilərin iştirakı ilə Anım tədbiri keçirilmişdir.

İnterpress.az xəbər verir ki, Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev bildirib ki, ilk öncə Şəhidlər Xiyabanı ziyarət olunaraq şəhidlərimizin ruhu ehtiramla yad olunub.

Tədbirin ikinci hissəsində Heydər Əliyev Parkında Qobustan Gənclər Evinin təşkilatçılığı ilə rayon gəncləri “Vətən Var Olsun!” Şüarı ilə fləşmob təqdim etmiş, 44 günlük Vətən Müharibəsi dövründə qəhrəmanlarımızın hərbi-vətənpərvərlik ruhunu özündə əks etdirən ədəbi müsiqili kompazisiya ilə çıxış etmişlər.

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirmişdir ki, 30 illik həsrətə son qoyaraq torpaqlarımızı yağı düşməndən öz canları bahasına azad edən Şəhidlərimiz bu Zəfər tarixini öz qanları ilə yazdılar və bu böyük qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha xalqın sonsuz sevgisini qazandı. Daha sonra çıxış üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi, polkovnik-leytenant İxtiyar Əhmədov, “Vətən Müharibəsi Qəhrəmanı” Elyar Vəliyevin atası Arif Vəliyev, Qobustan rayonunda məskunlaşan Şəhid övladı, Xocalı sakini olan Mürvət Məmmədov və Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyevə verilmişdir.

Tədbirin üçüncü hissəsində “Vətən Müharibəsi Qəhrəmanı” Elyar Vəliyevin adına əbədiləşdirilən küçədə və digər 3 ayrı məntəqədə, ümumilikdə rayon ərazisində 500dən artıq ağac əkilmiş, aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır.