Suriyadakı terror qruplaşmalarını Qolan təpələrinə raket atmağa istiqamətləndirən Hizbullah yaraqlısı məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İDF mətbuat xidmətinin bəyanatında deyilir.
İsrail ordusu Livandan fəaliyyət göstərən və Suriyada Qolan təpələrinə raket zərbələri endirməyi planlaşdıran terror qruplaşmalarını koordinasiya edən Hizbullah yaraqlısı Hassam Qasem Harabi Bekaa bölgəsində məhv edib.
“Terrorçunun fəaliyyəti İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradıb. İsrail dövləti üçün hər hansı təhlükəni aradan qaldırmaq üçün İsrail ordusu fəaliyyətini davam etdirəcək”, – məlumatda bildirilir.
Xuraman Etibarlı
İnterpress.az