Qonşu evdən su sızması narkoplantasiyanı “İFŞA ETDİ” – FOTObackend

Qonşu evdən su sızması narkoplantasiyanı “İFŞA ETDİ” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva sakinin mənzilini yuxarı qonşudan su basması evdə narkotik plantasiyasını aşkara çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada yaşayan kişi evindən təsadüfən aşağıdakı qonşusunun mənzilini su basıb.

Zərərçəkmiş qadın mənzilində baş verən su basqını ilə bağlı idarəedici şirkətə və polisə müraciət edib.

Yoxlama zamanı 50 yaşlı kişinin evində narkotik plantasiyası aşkarlanıb.

Onun çətənə bitkisi yetişdirdiyi, onu qurutduğu və tərəzilərlə qablaşdırdığı müəyyən olunub.

Kişi saxlanılıb, narkotik vasitələr götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az