Qubada 3,2 ton narkotik məhv edildibackend

Qubada 3,2 ton narkotik məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunda narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri Xaş-xaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Uzunmeşə kəndi ərazisində yabanı halda bitən, çəkisi 3,2 ton olan 5400 ədəd çətənə kolu aşkarlanıb.

Aşkar edilən narkotik tərkibli bitkilər yandırma yolu ilə məhv edilib.