Qüdsdə nümayişçilər milli təhlükəsizlik nazirinin orada olduğunu zənn edərək sinaqoqa girməyə cəhd ediblər.
İnterpress.az xəbər verir ki, İsrailin Qüds şəhərində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma baş verib.
Onlar milli təhlükəsizlik naziri Ben-Qvirin orada olduğuna inandıqları üçün sinaqoqa girməyə cəhd ediblər.
Sinaqoq binasının yaxınlığında nümayişçilər nazirin avtomobilinin qarşısını kəsiblər.
Daha bir kortəbii nümayiş Baş nazir Netanyahunun iqamətgahı qarşısında keçirilir.
Polis iki nümayişçinin yolda yanğın törətdiklərinə görə saxlanıldığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az