Qutsul: 7 illik həbsim Moldovanın bütün demokratik sistemi üçün cəzadırbackend

Qutsul: 7 illik həbsim Moldovanın bütün demokratik sistemi üçün cəzadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qutsul onun 7 illik həbsini Moldovanın bütün demokratik sistemi üçün cəza adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Moldova KİV məlumat yayıb.

Qaqauziya başçısının bəyanatınında deyilir:

“Buyukani sektor məhkəməsi məni, qanuni yolla seçilmiş Qaqauziyalı başkanını ümumi rejimli koloniyada 7 il müddətinə azadlıqdan məhrum etdi. Bu qərarın ədalətlə heç bir əlaqəsi yoxdur.

Bu, yuxarıdan gələn sifarişlə planlaşdırılmış və həyata keçirilən siyasi repressiyadır.

Bu gün dəmir barmaqlıqlar arxasındayam, sabah hökuməti tənqid etməyə cəsarət edən hər kəs dəmir barmaqlıqlar arxasına düşə bilər.

Bu hökm mənim üçün deyil – bu, Moldovanın bütün demokratik sistemi üçün bir hökmdür..

Bu, hakim partiyadan fərqli səs vermək cəsarətinə malik Qaqauziya sakinlərini qorxutmaq cəhdidir.

Bu, bütün müxalifətə xəbərdarlıqdır: “Rejimə qarşı getsən, səni həbs edəcək, əmlakın müsadirə olunacaq, həyatın məhv olacaq”.

PAS və Maya Sandu rejimi repressiyadan fərqli fikirlərə qarşı mübarizə vasitəsi kimi istifadə edir.

Parlament seçkiləri ərəfəsində isə üsullardan – uydurma işlərdən, hakimlərə təzyiqlərdən, siyasi motivli hökmlərdən istifadə etməkdən çəkinmirlər.

Bütün bunlar bir məqsəd üçün edilir – gücü nəyin bahasına olursa olsun saxlamaq.

Mən bu farsı qəbul etmirəm və adım, namus və həqiqət uğrunda mübarizə aparacağam. Mən sınmayacağam. Mən mütləq xalqıma qayıdacağam! Övladlarıma! Ailəmə!”.

Xatırladaq ki, bu gün Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az