Ramin Bayramlı Məleykə Abbaszadəyə müşavir təyin edilib? – AÇIQLAMAbackend

Ramin Bayramlı Məleykə Abbaszadəyə müşavir təyin edilib? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə müşavir təyin olunması barədə məlumatlar yayılıb.

İnterpress.az xəbər verir ki, iddialara görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı M.Abbaszadəyə müşavir təyin edilib.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Belə bir məlumat yoxdur. Yayılan xəbərlər heç bir halda həqiqəti əks etdirmir”.