Ramzan Kadırovun anası ordenlə TƏLTİF EDİLDİ – VİDEObackend

Ramzan Kadırovun anası ordenlə TƏLTİF EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramzan Kadırovun anası mükafatlandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, Ramzan Kadırovun anası Aymani Kadırova Xerson vilayəti qarşısında xidmətlərinə görə mükafatlandırılıb.

Aymani Kadırovaya mükafatı respublika hökumətinin sədri Maqomed Daudov təqdim edib.

Daudovun sözlərinə görə, Çeçenistan rəhbərinin anası ordenlə “hərbi əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük şəxsi töhfəyə və regionda keçirilən xüsusi hərbi əməliyyat zamanı problemlərin həllinə kömək etdiyinə görə” layiq görülüb.

 

Xuraman Etibarlı

İnterpress.az