Referans Klinik Laboratoriya Mərkəzi COVID-19 testlərinin Səyyar Nümunə Qəbulu Məntəqəsini istifadəyə veribbackend

Referans Klinik Laboratoriya Mərkəzi COVID-19 testlərinin Səyyar Nümunə Qəbulu Məntəqəsini istifadəyə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Referans Klinik Laboratoriya Mərkəzi ölkəmizdə qlobal pandemiya elan edilən ilk gündən etibarən Operativ Qərargahın nəzarəti altında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən COVID-19 testinin aparılması üzrə gücləndirilmiş iş rejimində çalışır.

Mərkəz COVID-19 testinin aparılması üçün akkreditə olunmuş laboratoriya mərkəzi olaraq gün ərzində TƏBİB tərəfindən 1000-ə yaxın nümunə qəbul edir, eyni zamanda, həm dövlət müəssisələri tərəfindən göndərilən test nümunələrinin yoxlanılması, həm korporativ şirkətlər tərəfindən müraciətlər əsasında filiallar daxilində və yerlərdə nümunələrin alınması, həm də AZAL tərəfindən göndərilən vətəndaşlardan uçuşdan öncə nəticəyə uyğun tibbi arayışların verilməsi məqsədilə götürülən biomaterialın yoxlanılması və nəticələrin TƏBİB-ə düzgün və zamanında ötürülməsinə dəstək göstərir.

Referans Klinik Laboratoriya Mərkəzi göstərilən tibbi xidmət daxilində vətəndaşların kütləvi müraciətlərini nəzərə alaraq AZAL tərəfindən göndərilən vətəndaşlardan uçuşdan öncə nəticəyə uyğun tibbi arayışların verilməsi məqsədilə Səyyar COVID-19 Nümunə Qəbulu Məntəqəsini istifadəyə verib. Məntəqənin ilk ünvanı Əhmədli qəsəbəsi, Ukrayna dairəsinin yaxınlığındadır. Növbəti dayanacaq məntəqəsi vətəndaşlardan gələn istək üzərinə təyin ediləcək.

Referans Klinik Laboratoriya Mərkəzi olaraq həm Xaçmazda Səyyar Tibbi xidmət qatarı, həm də Bakı və ətraf kəndlərin vətəndaşlarına və şəhərimizin qonaqlarına xidmət göstərmək üçün yaradılan Səyyar COVID-19 Nümunə Qəbulu Məntəqəsi vasitəsilə testlərin götürülməsi pasiyentlərin klinika daxilində personallarla və digər pasiyentlərlə ünsiyyətini maksimum məhdudlaşdırmaq, eləcə də nəqliyyatın sıxlığını və vaxtı optimallaşdırmaq üçün görülən profilaktik tədbirlərdəndir. Hazırkı karantin şəraitində AZAL uçuşları üçün müraciətlərin səyyar məntəqədə qəbulu klinikalarda və sosial mühitdə sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün vacib amillərdən biridir.

Qeyd edək ki, laborator müayinə adətən PZR yaxma üsulu ilə aparılır. 24-48 saat ərzində cavablar hazırlanır.

İş qrafiki: 10.00-19.00

*0033 çağrı mərkəzi

Whatsapp dəstək nömrəsi: 070 653 00 33

 

İnterpress.az