Region gəncləri Həmrəylik Gününü qeyd ediblər – FOTObackend

Region gəncləri Həmrəylik Gününü qeyd ediblər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu gün ildən-ilə daha geniş şəkildə qeyd edilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin, eləcə də gənclərin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Bu əlamətdar gün münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri bir sıra tədbirlər təşkil ediblər.

Həmrəylik Günü münasibətilə silsilə görüşlər keçirilib. Görüşlərdə dünyanın fərqli ölkələrində yaşayan, təhsil alan, işləyən azərbaycanlı gənclər region gəncləri ilə bir araya gələrək, həmyerlilərimizin şəbəkələşməsi həyata keçirilib. Bununla yanaşı, bu əlamətdar günün yaranma və dövlət bayramı kimi keçirilmə tarixi də gənclərin diqqətinə çatdırılıb.

Regionlarda yerli qurumların könüllüləri və rayon məktəbliləri arasında intellektual yarışlar da təşkil olunub, “Sərhəd” filmi izlənilib.

Ulu öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sitatı hər bir gəncimiz üçün milli qürur rəmzinə çevril. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər xalqımızın həmrəyliyi sayəsində ən çətin məsələlərin öhdəsindən gəlmək gücünü bir daha bütün dünyaya nümayiş etdirdi.

Birlik, həmrəylik günü münasibətilə Azərbaycan gəncləri adından xalqımızı təbrik edirik! Biz fəxr edirik ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcək!