Respublika fənn olimpiadalarının yarımfinal turu davam edirbackend

Respublika fənn olimpiadalarının yarımfinal turu davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu davam edir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, martın 10-da  Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsilə elektron formada həyata keçirilib. Olimpiadaların yarımfinal turu mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil ediləcək.

Xatırladaq ki, ötən gün dörd mərkəzdə keçirilən informatika üzrə respublika fənn olimpiadasının yarımfinal turunda 160 şagird iştirak edib.

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılmasından ibarətdir.

 

İnterpress.az