İraqdakı iranpərəst qruplar Trampın təhdidlərindən sonra tərksilah olunmağa hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə”Reuters” agentliyinə bu qruplaşmaların 10 yüksək rütbəli komandiri və İraq rəsmiləri məlumat verib.
İraqdakı ən böyük iranpərəst qruplar ABŞ ilə münaqişənin genişlənməsinin qarşısını almaq üçün tərksilah olunmağa hazırdır.
Sonuncunun sözlərinə görə, bu qərar Tramp administrasiyasının İraqdakı qruplaşmalara mümkün hava hücumları ilə bağlı İraq hakimiyyətinə dəfələrlə etdiyi xəbərdarlıqlardan sonra verilib.
İraqdakı ən böyük iranyönlü təşkilatlardan biri olan Kataib Hizbullahın komandiri “Tramp bizimlə müharibəni daha yüksək səviyyəyə aparmağa hazırdır, biz bunu bilirik və belə pis ssenaridən qaçmaq istəyirik” deyib.
Eyni zamanda, bu qrupların komandirləri birbaşa tabe olduqları Sepah-e-Qods SEPAH xüsusi təyinatlı dəstəsinin rəhbərliyindən “ABŞ və İsraillə münaqişəyə cəlb edilməmək üçün zəruri hesab etdikləri hər hansı qərarı qəbul etmək üçün xeyir-dua aldıqlarını” bildiriblər.
Xuraman Etibarlı
İntertpress.az